Yeni skanerli smartfon təqdim olunacaq

16-12-2017, 11:18
212


ABŞ-ın kompüter komponentləri istehsalçısı olan "Synaptics" şirkəti ekranın alt hissəsinə qurulmuş "Clear ID" barmaq izi skanerinin işlək prototipini yaradıb. Bu texnologiya ilə təchiz edilmiş ilk smartfon 2018-ci ilin yanvarında təqdim ediləcək.

Şirkətin mütəxəssisləri bildiriblər ki, "Clear ID FS9500" sensoru OLED ekrana malik istənilən cihazda ekranın alt hissəsində işləyə bilər. Barmaq izini müəyyənləşdirmək üçün sensor ekranı işıqlandıracaq və təsviri oxuyacaq. "Synaptics" şirkətindən bildirilib ki, sensor, hətta qalınlığı 1,5 mm-dək olan qoruyucu şüşələrlə də işləyə bilər. Məlumatların ötürülməsi TLS protokolu üzrə AES və ECC şifrləmə metodu vasitəsilə həyata keçiriləcək.

"Synaptics" şirkətinin məlumatına görə, "Clear ID" sensoruna malik ilk smartfon gələn ilin yanvarında keçiriləcək "CES-2018" sərgisində təqdim ediləcək.

//milli.az