Android-lər insanların tərəfdaşı olacaq

21-10-2017, 21:10
178


Yaponiyanın "Hiroshi Ishiguro Laboratories" şirkətinin yaradıcısı professor Xirosi İsiquro bildirib ki, gələcəkdə robot "android"lər yalnız insanları əvəz etməyəcək, həm də onların iş tərəfdaşları olacaq.

"Biz artıq robot "android"ləri xəbər aparıcısı, qapıçı, mağazalarda canlı maneken, ofisiant qismində istifadə edirik. "Android"lər heç vaxt yorulmur, onlar işi yerinə yetirməyə davam edə bilərlər, halbuki insanın taqəti qurtara bilər" - Xirosi məlumat verib və deyib ki, robot "android"lər bütün lazımi məlumat və informasiyanı böyük həcmli informasiyanın toplanılması və emalı sistemi vasitəsilə əldə edirlər.

Hazırda İsiquro görünüşcə özünə oxşayan robotdan işçi məqsədlə istifadə edir: "android" professoru əvəz edir və onun əvəzinə mühazirə oxuyur.

//Milli.az