Süni intellekt azalacaq, işçilər artacaq

19-09-2017, 14:21
340


"Boston Consulting Group" ("BCG") şirkətinin araşdırmasına görə, yaxın 5 ildə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlərin əməkdaşlarının təxminən 50%-i süni intellekt texnologiyalarının inkişafı səbəbindən öz heyətində ixtisarlar gözləyir.
Şirkət 112 ölkədən 3 mindən çox şirkət rəhbəri, menecer və analitiklər arasında sorğu keçirib. Sorğunun nəticəsinə əsasən, süni intellektin inkişafı nəticəsində respondentlərin 47%-i yaxın 5 ildə öz şirkətlərində ixtisarlar gözləyir" - araşdırmada deyilir.

Bundan başqa, rəyi soruşulmuşların təxminən 80%-i hesab edir ki, süni intellekt mövcud əməkdaşların bacarıqlarını zənginləşdirəcək. Respondentlərin 31%-nin fikrincə isə bu texnologiyaların inkişafı onların şəxsi vəzifələrinin çevrəsini azaldacaq. 13% isə süni intellekt texnologiyalarında nə risk, nə də imkanlar görmür.

"Əksər şirkətlər süni intellekt texnologiyalarının informasiya texnologiyaları, əməliyyat fəaliyyəti və istehsalı, çatdırmalar loqistikasının idarəetməsi və müştərilərlə işə əhəmiyyətli təsirini proqnozlaşdırır" - araşdırmada deyilir.

//milli.az