Dekorativ otaq bitkisi olan vrieziyanın 250-dən çox növü var. Onun vətəni Cənubi Amerika meşələri hesab edilir. Vrieziyanı ilk dəfə 1843-cü ildə ingilis botaniki Con Lindli aşkar edib. Bitkinin adı isə Cənub-Şərqi Asiya florasının tədqiqatçısı, holland həkimi və botaniki Vilhem Henrix de Frizinin şərəfinə verilib.
Otaq və oranjereyalarda bitkinin 150-dən artıq növü yetişdirilir. Bir çox ölkələrdə bayramqabağı müxtəlif kompozisiyaları, vitrin, florarium, epifit ağacların, interyerin vrieziya ilə bəzədilməsi artıq ənənə şəklini alıb.
Vrieziyanın yarpaqlarının uzunluğu 20 santimetrə çatır, yaşıl, aşıq yaşıl, bəzən qırmızı, qəhvəyi zolaqlı və başqa rənglərdə olur. Bitkinin dəlikli, şahmatvarı, heroqlifli, şahzadə Sanders adlanan növləri var. Vrieziya fevral-aprel və may-iyul aylarında çiçəkləyir. Bir neçə ay davam edən çiçəkləmə dövrünü sürətləndirmək üçün bitkinin dibçəyinin yanına bir alma qoymaq kifayətdir. Çiçəkləmədən sonra isə bitki məhv olur və özündən sonra çoxlu balaca cücərtilər qoyur.
Vrieziyanın radiator və kompüter yaxınlığında yerləşdirilməsi onun tez solmasına səbəb olur.
//AzərTAc
Külək güclənəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanda 3 minə yaxın şəxsə 2 min manat pul veriləcək
"Qurban olsunlar adıma"” – VİDEO
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
"İlk dəfədir ki, saxta bir üz taxmıram"
Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı
Günün qoroskopu: Bütün işlərdə nüanslar, səbr və qayğı çox vacibdir
İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
AVARÇƏKMƏ ÜZRƏ "PREZİDENT KUBOKU-2024” REQATASININ İKİNCİ GÜNÜNDƏ İDMANÇILARIMIZ 3 MEDAL QAZANDI
Dənizkənarı Bulvarda “Wings for Life World Run”baş tutacaq – FOTOLAR
May bu bürclərə uğur gətirəcək - Pul, sevgi, karyera...
Qumral anasının yalanını üzə çıxardı: “O körpə anamın deyil, şou idi” - VİDEO
“Kaş, Əlixan mənim ərim olardı”
Xalq artistinin qızı nişanını qaytardı
Ölü tapılan Züleyxa Rəhiminin evindən görüntülər - VİDEO