""Beşiktaş"ın mənə göstərdiyi maraq və sevgidən təsirləndim"

28-07-2017, 15:56
151


"Beşiktaş"ın portuqaliyalı ulduzu Pepe hazırlıq prosesindən və "qara qartallar"ı seçməsinin səbəblərindən danışıb. Təcrübəli müdafiəçi danışıqlar zamanı ona göstərilən diqqətdən təsirləndiyini bildirib.

"Məşqləri davam etdiririk. Qarşıda bizi Türkiyə Superkuboku oyunu gözləyir. Karyeram ərzində mümkün olan bütün titulları qazanmışam. Böyük klubların maraq dairəsində idim. "Beşiktaş"ın mənə göstərdiyi maraq və sevgidən təsirləndim. Danışıqlar gedən müddətdə internet üzərindən mənə xeyli ismarıc göndərildi. Klubun stadionunu görəndən sonra qərarımı asanlıqla verdim. Kuareşmadan komanda daxilindəki ab-havanı xəbər aldım. Burda dostluq və mehriban münasibətin olduğunu dedi. Millinin düşərgəsində də "Beşiktaş" haqqında danışmışdıq. Peşəkar futbolçu kimi titul qazanmaq üçün burdayam.

Qəliz adam deyiləm. Sadə və kiçik şeylər məni xoşbəxt edə bilər. "Beşiktaş" formasını geyinmək və azarkeşləri sevindirmək mənə kifayətdir. Müdafiənin mərkəzində özümü rahat hiss edirəm. Amma dayaq yarımmüdafiəçisi kimi də oynaya bilərəm. Çempionlar Liqasında ilkin hədəf qrupdan çıxmaq olacaq. Bunu bacarsaq, daha irəli getməyə çalışacağıq".

   //Goal.az