SpaceX təyyarələrdə sürətli interneti təmin edəcək peyk buraxıb

17-05-2017, 16:46
37


ABŞ-ın özəl SpaceX şirkətinə məxsus Falcon 9 raketi orbitə Inmarsat-5 F4 peykini çatdırıb. Bu və digər peyklər gəmi və təyyarələrdə yüksəksürətli internet əlaqəsini təmin etməlidir.

Falcon 9 raketi Florida ştatındakı Cape Canaveral kosmodromundan buraxılıb.

Uçuşun startından 32 dəqiqə keçmiş peykin orbitə çıxarıldığı elan edilib.

Inmarsat-5 F4 hava, dəniz və quruda yüksəksürətli internet əlaqəsini təmin etmək üçün fəaliyyət göstərən Global Xpress orbital qrupunun sayca 4-cü peykidir.

Inmarsat-5 F4 peykini Boeing şirkəti istehsal edir. Onun çəkisi 6 tondan artıqdır.

Bu Falcon 9 raketinin indiyədək orbitə çıxardığı ən ağır yükdür.

Buna görə şirkət raketin birinci pilləsini geri qaytarmamaq qərarına gəlib.

Ağır pillənın daşınmasına çox enerji sərf olunur. Bu isə raketin manevr imkanlarını məhdudlaşdıra bilərdi.

2017-ci ildə SpaceX şirkəti kosmosa yük gəmisini çıxaran raketin birinci pilləsini Yerə endirməyə müvəffəq olmuşdu. Bundan bir ay keçmiş ilk dəfə olaraq həmin raket təkrarən kosmosa göndərildi.

   //milli.az