Tənha dostların yarını tapmaq üçün əlavə yaradıldı

25-04-2017, 16:06
341


Böyük Britaniya paytaxtının sakini Tina Uilson istifadəçilərin dostlarına öz yarını tapmaqda kömək etməsi üçün əlavə yaradıb.

"Wingman" adlanan yeni əlavə "Tinder" prinsipi ilə işləyir.
 
İki nəfər ancaq qarşılıqlı simpatiya sayəsində çata başlaya biləcək. Ancaq məlumatları tənha insan deyil, onun dostu əlavə edir.
 
Xidmətin əməkdaşı KİV-lərə bildirib ki, bu ideya ona cütü olmadıqda gəlib. Dostları isə bu zaman ona tərəf müqabili tapmağa kömək etməyə çalışıblar və onun üçün namizəd seçməyə başlayıblar. Ancaq tezliklə dostları anlayıblar ki, evlənmək necə də çətin məsələdir.

 //lent.az