Twitter kasıblar üçün versiya hazırladı

11-04-2017, 11:10
260

Twitter kasıblar üçün versiya hazırladı"Twitter" şirkəti eyniadlı saytının internetə qoşulma sürəti zəif olan ölkələr üçün veb versiyasını (mobile.twitter.com) təqdim edib. Mobil proqramla müqayisədə "Twitter Lite" versiyasında funksiyalar azdır, ancaq yeni versiya internetə qoşulma sürəti zəif olan ölkələr üçün optimallaşdırılıb, az məlumat sərf edir və məzmunu daha sürətli yükləyir.

"Twitter Lite" ilk növbədə internet istifadəçilərinin sayı 450-465 milyon təşkil edən Hindistana hədəflənib. Bununla belə, hindistanlı istifadəçilərin 20%-i mikrobloqlar xidmətindən istifadə edir.

"Twitter" öz xidmətinin "yüngül" versiyasını təqdim edən ilk şirkət deyil. Bu ilin fevralında "Microsoft" şirkəti tərəfindən təqdim edilmiş "Skype Lite" versiyası sürəti internetə qoşulma sürəti zəif və bahalı internet trafikə malik regionlarda video vasitəsilə ünsiyyəti asanlaşdırıb.

  //Milli.az