“Apple Watch Series 3” sentyabrda bazara çıxarılacaq

8-04-2017, 16:51
254

“Apple Watch Series 3” sentyabrda bazara çıxarılacaq"Apple Watch" saatlarının yeni nəsli bu ilin ikinci yarısında buraxılacaq.

"Apple Watch"un tədarük zəncirinə "Compal Electronics" şirkəti də qoşulub və bu şirkət "Apple Watch Series 3" saatlarının istehsalına 2017-ci ilin ikinci yarısında başlayacaq.
 
"Compal" nümayəndələri hələlik məsələyə şərh verməyiblər. Mənbənin məlumatına görə, "Apple Watch Series 3" yeni "iPhone" smartfonu ilə eyni vaxtda - sentyabr ayında təqdim ediləcək.
 
Hazırda "Apple Watch"un istehsalı ilə yalnız "Quanta Computer" şirkəti məşğul olur. Bu şirkət işinə davam edəcək və "Apple Watch Series 3"ün anonsundan sonra sifarişlərin bir hissəsini "Compal Electronics"lə bölüşəcək.
 
"Canalys" tədqiqat şirkətinin qiymətləndirməsinə görə, ötən il 11,8 milyon ədəd "Apple Watch" saatı satılıb və bununla da "Apple" "ağıllı" saatlar bazarının 49 faizinə sahib olub.

//Lent.az