Günün qoroskopu: həyat potensialı yüksəkdir

17-02-2017, 09:44
116

Günün qoroskopu: həyat potensialı yüksəkdirQoç - münaqişələrdən yan qaçmayın. Problemlər yaranarsa, səbəbkarlar yaxın ətrafınızdakı insanlardır.

Buğa - qarışıq, laübəli gündür. Nə isə itir, kimsə gecikir, əvvəl əldə edilmiş razılaşmalar pozulur. Yaşananlara sakit yanaşın, nikbin olun. Axşam saatlarında dincəlin.

Əkizlər - tərəfdaş və müttəfiq arayın. Onları hətta bu günədək sizə bədxahlıq edən insanların arasında tapa bilərsiniz.

Xərçəng - dəvət aldığınız tədbirə qatılın. Vaxtınızı xoş keçirməklə yanaşı, yeni və faydalı tanışlıqlara nail ola bilərsiniz. Yaradıcılıqda uğur, irəliləyiş mümkündür.

Şir - təmir, evdə və ya ofisdə yenilənmə üçün uğurlu gündür. Həyat potensialı yüksəklir, yorğunluq riski yoxdur.

Qız - önəmli və ciddi qərarlar qəbul etməli olacaqsınız. Narahat olmayın, çəkinməyin. Yaxın ətrafınızdakı insanlar üçün yardımçı, hətta lider olun.

Tərəzi - çaşıb qalan, problemlərin təsirindən özünü itirən insana yardım edin. Çətin vəziyyətə düşənə kömək əlinizi uzadın.

Əqrəb - enerjiniz çoxdur, məsuliyyətli davranın. Həyatınızda kiçik detallarla yanaşı, ciddi məqamı dəyişə bilərsiniz. İntuisiyanıza güvənin. Hissləriniz siz məhz can atdığınız yerə apara bilər.

Oxatan - tələskən və hövsələsiz davranmayın. Uğurlu gündür, amma hövsələsizlik səhvlərə və yanlışlıqlara səbəb ola bilər.

Oğlaq - bütün problemləri müstəqil, təkbaşına həll etməyə ehtiyac yoxdur. Yaxın ətrafınızda sizə yardım etməyə hazır insanlar var. Nüfuzlu insandan dəstək ala bilərsiniz.

Dolça - yeni tanışlıq, romantik macəra istisna deyil. Ciddi münasibətlərin bünövrəsi qoyula bilər. Hədiyyə, sürpriz də mümkündür. Alış-verişdə məntiqli davranın.

Balıqlar - yeni təəssüratlar, təcrübə və bilik axtarışına çıxın. Macərapərəst olmayın. Başladığınız hər işi uğurla başa vura bilərsiniz.

   //milli.az