Samsung Galaxy S8-də süni intellekt olacaq

2-02-2017, 16:27
241

Samsung Galaxy S8-də süni intellekt olacaq"Venturebeat" nəşri və "Twitter" şəbəkəsində təqdim olunmayan yeni məhsulların fotoşəkil və xarakteristikalarını dərc edən məşhur bloger Roland Kaundt "Samsung" şirkətinin martın 29-da təqdim edəcəyi "Galaxy S8" smartfon modeli haqqında ətraflı məlumat verib.

Blogerin məlumatına görə, "Galaxy S8" "Bixby" süni intellekt sistemi ilə təchiz ediləcək. Məsələn, Cənubi Koreya şirkəti "LinkedIn" saytında "Galaxy S8" üçün süni intellektin daha da təkmilləşdirilməsi üçün əməkdaş axtarması ilə bağlı elan yerləşdirib.

Tərtibatçıların bəyanatına görə, "Bixby" səsli köməkçi funksiyası rəqibləri (Siri və Google Assistant) ilə müqayisədə daha mürəkkəb sorğuları emal edə biləcək. Müxtəlif proqram təminatı və servislərlə sıx inteqrasiya oxşar texnologiyaların inkişafına xidmət edə bilər.

Bundan əvvəl istehsalçı "Galaxy S8" smartfonunun "MWC 2017" sərgisində nümayiş edilməyəcəyini bəyan edərək bunun üçün martda ayrıca tədbirin keçiriləcəyini açıqlayıb. Yeni qurğunun bu ilin aprelində satışa çıxarılacağı gözlənilir.

Qeyd edək ki, yanvarın əvvəlində "Samsung" "təsadüfən" "Bixby" sisteminin "Samsung Pay" ödəniş servisi ilə işləyə biləcəyini təsdiq edib. Bundan sonra məlum olub ki, səsli köməkçi funksiyası smartfon kamerasının gördüyü obyekt və mətnləri tanıyacaq. Şayiələrə görə, "Galaxy S8" korpusunda "Bixby"dən istifadə üçün ayrıca düymə quraşdırılacaq.

   //milli.az