Qar uçqununda ölənlərin sayı artıb

26-01-2017, 15:25
209

Qar uçqununda ölənlərin sayı artıbİtaliyanın Abrutso vilayətində "Rigopiano" hotelinin qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

İtkin düşənlər siyahısında olanların hamısının cəsədi tapılıb.

Beləliklə, axtarış əməliyyatları başa çatıb.

Qeyd edək ki, yanvarın 18-də Abrutso vilayətinin Farindola qəsəbəsinin yaxınlığında Qran-Sasso dağ massivində qar uçqunu baş verib. 40 nəfərin qaldığı "Rigopiano" hoteli qar uçqununun altında qalıb.

   //milli.az