Apple yazda yeniliklərini təqdim edəcək

12-01-2017, 14:18
23

Apple yazda yeniliklərini təqdim edəcək"KGI Securities" şirkətinin tanınmış analitiki Min-Çi Kuonun "9to5Mac" nəşri üçün yeni proqnozuna əsasən, "Apple" şirkəti cari ilin yazında üç yeni "iPad" modeli təqdim etməyi və planşetlərinin azalan satış həcmini xilas etməyi planlaşdırır.

Analitik Min-Çi Kuonun proqnozları əksər hallarda özünü doğruldur. Onun fikrincə, 12.9 düymlük "iPad" modeli "A10X" prosessoru ilə işləyən "iPad Pro" modelinin ikinci nəslidir.

9.7 düymlük "iPad" modeli ilk dəfə 2015-ci ildə "iPhone 6S" və "6S Plus" smartfonlarında tətbiq edilmiş "A9" prosessoru ilə təchiz ediləcək.

Nəhayət, 10-10.5 düymlük diaqonala malik "high-end" sinfinə məxsus  model tamamilə yeni dizaynda təqdim ediləcək. Bu model, həmçinin "A10X" prosessoru ilə təchiz ediləcək.

Min-Çi Kuonun yeni proqnozuna əsasən, cari ildə "iPad" planşetlərinin satış həcmi azalaraq 35-37 milyon təşkil edəcək.

   //milli.az