Bu eynək əhvalı oxuyur

5-01-2017, 12:42
375

Bu eynək əhvalı oxuyurİtaliyanın "Safilo" şirkəti əhval-ruhiyyəni oxumaq qabiliyyətinə malik eynək buraxılışını planlaşdırır. Həm sadə, həm də tünd şüşə ilə təchiz edilmiş versiyalar nəzərdə tutulub. Yeni cihaz 2017-ci ilin yanvarında Las-Veqasda keçiriləcək "Consumer Electronics Show" sərgisində nümayiş etdiriləcək.

Yeni "ağıllı" eynək görünüşcə adi eynək kimi görsənir. Xüsusi kamera və ekranlara malik olmayan eynəyin çərçivəsində gizlədilmiş 5 datçik insan beyninin dalğalarının siqnallarını qeydə almaq qabiliyyətinə malikdir. Toplanılmış məlumatlar smartfonda xüsusi tətbiqə göndərilir, bundan sonra həmin məlumatlar təhlil edilərək eynək sahibinin əhval-ruhiyyəsi təyin edilir. Aksessuarın çəkisi 36 qramdır və akkumulyatorun şarjı qurğunun 1 həftə avtonom işləməsinə kifayətdir. Eynək "Bluetooth" vasitəsi ilə smartfona qoşulur.

  //Milli.az