Tarixdə bu gün

13-10-2015, 11:48
322

Tarixdə bu gün
Miladi: 13 oktyabr 2015
Hicri: 29 Zil hiccə 1436

İlin 286-ci günü
İlin sonuna 79 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 06:38
Günəş – 07:47
Zöhr – 13:31
Əsr – 17:05
Məğrib - 19:22
İşa – 20:38

Dünyada olan hadisələr

54-cü ildə Neron Roma imperatoru olub.
1792-ci ildə ABŞ-da Ağ Ev binasının təməli qoyulub.
1905-ci ildə Türkiyənin "Qalatasaray" idman klubu yaradılıb.
1918-ci ildə Tələt Paşa rəhbərliyindəki İttihad və Tərəqqi hökuməti Mudros müqaviləsini imzalayaraq Osmanlının Birinci dünya müharibəsində məğlubiyyətini təsdiq edib.
1921-ci ildə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası ilə Türkiyə arasında Qars müqaviləsi imzalanıb.
1923-cü ildə Türkiyə Böyük Millət Məclisi Ankaranın Türkiyə paytaxtı olması ilə bağlı qərar qəbul edib.
1983-cü ildə Formula-1 yarışlarında ilk dəfə turbokompressorlu mühərrikdən istifadə olunub.
2003-cü ildə Qazaxıstanda müqavilə üzrə hərbi xidmət keçmə haqqında Əsasnamə qəbul edilib.

Azərbaycanda olan hadisələr

1734-cü ildə Rus qoşunu Gəncə qalasını mühasirəyə alıb.
1827-ci ildə Rusiya-İran müharibəsi (1826-1828) gedişində Cənubi Azərbaycan torpaqlarına daxil olan rus qoşunları Təbrizi ələ keçiriblər.
1921-ci ildə Türkiyə, Rusiya və Cənubi Qafqazın üç sovet respublikası - Azərbaycan, Ermənistan və Gürcüstan arasında Qars müqaviləsi imzalanıb.
1880-ci ildə Bakı-Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulub.
1997-ci ildə Moskvada Azərbaycan məktəbi istifadəyə verilib.
2003-cü ildə Azərbaycan gənclərinin üçüncü forumu keçirilib.
2005-ci ildə Mehriban Əliyeva "Yüzilliyin mesenatı" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut xaç" ordeni ilə təltif edilib.

Doğumlar

1878-ci ildə Stepan Şaumyan – Bakı Sovetininrəhbəri (1917), Qafqaz məsələləri üzrə fövqəladə komissar, 26 Bakı komissarından biri (ö. 1918 ?). 1918-ci il mart qırğınlarına rəhbərlik edib.
1921-ci ildə İv Montan (Yves Montand; əsl adı İvo Livi, Ivo Livi) – fransız aktyoru və müğənnisi (ö. 1991).
1925-ci ildə Marqaret Tetçer – Böyük Britaniyanın Baş Naziri.
1927-ci ildə Turqut Özal – Türkiyənin 8-ci prezidenti (ö. 1993).
1931-ci ildə Raymon Kopa – fransız futbolçusu.
1933-cü ildə Məmməd Araz – Azərbaycanın Xalq şairi (ö. 2004).
1949-cu ildə Cahangir Zeynalov – Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor və ssenarist.
1977-ci ildə Antonia Di Natale – italyan futbolçusu.

Bayramlar və xüsusi günlər

Azərbaycan, Dəmiryolu işçilərinin peşə bayramı günüdür

   //ANS Press