FED-in qərarı neftin qiymətinə təsir etdi

15-12-2016, 16:23
313

FED-in qərarı neftin qiymətinə təsir etdiABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul etdikdən sonra dünya bazarında neftin qiymətində azalma müşahidə olunur. Müvafiq qərar qəbul olunduqdan dərhal sonra həm WTI, həm də Brent markalı neft ucuzlaşsa da, sonuncu cüzi stabilləşə bilib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,06 dollar azalaraq 50,98 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 1 barrelə görə 0,07 artaraq 53,97 dollar olub.
 
Xatırladaq ki, ötən gün FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb. Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,5-0,75% artırıb.
 
Qeyd edək ki, sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırıb. 2015-ci ilin dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.
 
Ümumiyyətlə, FED 2007-2008-ci ildən sonra yalnız bir dəfə uçot dərəcəsini qaldırıb.

   //APA