Valideynlər uşaqlarına neçə yaşında smartfon alır?

15-12-2016, 12:35
237

Valideynlər uşaqlarına neçə yaşında smartfon alır?Çexiyalı tədqiqatçılar uşaqların hansı yaşda müasir mobil cihazları hədiyyə aldıqlarını araşdırıblar.

Bu anı dəqiq müəyyən etmək üçün avropalı alimlər irimiqyaslı tədqiqatın keçirilməsinə başlayıblar. Tədqiqatda 1 500 nəfər könüllü iştirak edib.

Araşdırmaların nəticələri göstərib ki, rəyi soruşulanların 38 faizi uşaqlarına onların 8-ci doğum ilində smartfon hədiyyə edirlər. 25 faiz insan isə hesab edir ki, müasir şərtlərdə uşaqlar artıq birinci sinifdən rabitə əlaqəsində olmalıdırlar.

Bununla belə, rəyi öyrənilənlərin 9 faizi əminliklə bildirib ki, onlar uşaqlarının, heç olmasa, ibtidai sinifdə smartfonsuz olmasında qorxulu heç nə görmürlər.

   //Lent.az