“Google Play” oyunları almamışdan əvvəl sınamağa imkan verəcək

18-10-2016, 17:09
222

“Google Play” oyunları almamışdan əvvəl sınamağa imkan verəcək"Google" şirkətinin nümayəndələri bildirir ki, "Android" əməliyyat bazasında çalışan cihazların sahibləri üçün alışdan əvvəl oyunları sınaqdan keçirmək imkanı yaranacaq.

Bu yeniliklə ilk olaraq ABŞ-dan olan istifadəçilər tanış ola biləcəklər. "Google" "Play Market" xidmətinə alışdan əvvəl oyunların beta-testinin həyata keçirilməsini əlavə edib.

İstifadəçilərin proqramı əldə etməzdən əvvəl qəbul etmək üçün on dəqiqə ərzində onu qiymətləndirmək imkanı olacaq.

"Try Now" seçimi pilot mərhələdədir və ancaq ABŞ-da əlçatandır. Artıq bəzi istifadəçilər qeyd ediblər ki, funksiya keyfiyyətsiz işləyir və əlavə tez-tez donur. "Google" isə "Try Now" funksiyasının işə başlaması ilə bağlı rəsmi heç bir açıqlama verməyib.

Sonradan bu seçim avropalı istifadəçilər üçün də əlçatan olacaq. Funksiya yalnız mobil cihazlarda işləyəcək.

   //Lent.az