Yazda cinsi istəksizliyin səbəbi-18+

3-05-2016, 23:17
4 218

Yazda cinsi istəksizliyin səbəbi-18+Zamanla cinsi problemlər hər kəsdə müşahidə edilə bilər. Yaz gələr-gəlməz demək olar ki, hər kəsdən "yorğunam, halsızam, heç nə etmək istəmirəm” sözləri eşidilir. Bu hallar yazda cinsi həyatı olmayan evli cütlüklərə qədər gedib çıxır. Aile.lent.az türkiyəli terapevt-uzman Taner Canatarın yazda cinsi həyat haqqında maraqlı fikirlərini təqdim edir.

Həkim insanların fərqli şəxsiyyət və xüsusiyyətləri olduğu kimi, cinsi arzu və davranışlarının da eyni olmadığını vurğulayır. Cinsi həyat hər bir cütlükdə fərqli olur: "Azalmış cinsi istək cinsi fantaziyaların və cinsi istəyin olmaması ilə bağlıdır. Bunu belə də desək olar: cinsi xəbərdarlığın olmasına baxmayaraq, cinsi fəaliyyətin azlığı və ya yoxluğu "cinsi soyuqluq” yaradır”

Həkim cinsi arzuya təsir edən bir çox səbəblərin olduğunu da əlavə edib. O, müəyyən dövrlərdə cütlüklər arasında cinsi istəyin olmamasını normal hesab edir. Lakin bu istəksizliyin uzun müddət davam etməsi artıq böyük problemdən xəbər verir: "Yalnız fiziki və psixoloji sağlamlığın deyil, insanların yaş, peşə, mədəniyyət səviyyəsi, bilik, bacarıq və təcrübələrinin, qorxu, narahatlıq və kədərlərinin, inanclarının, ictimai vəziyyətlərinin və duyğularının da cinsi arzuya çox böyük təsiri var. Bu səbəbdən də cinsi istəyi qiymətləndirərkən mədəni, ictimai, dini, psixoloji, fiziki və s. bütün faktorları nəzərdən keçirmək lazımdır”.

Cinsi istəksizliyin səbəbi psixologiyadır
Cinsi istəksizlik həm qadınlarda, həm də kişilərdə daha çox psixoloji mənşəli səbəblərlə bağlıdır. Terapevtin sözlərinə görə, kişilər hər hansı erotik şəkil və video kimi cinsi məzmunlu materialdan təsirlənə bilirlər. Qadınlar isə əksərən romantik bir mühitdən, sevgi dolu söz və ifadələrdən daha çox təsirlənir: "Cinsi istəksizlikdən şikayət edən qadınlarda cinsi həzz ya çox zəifdir, ya da ümumiyyətlə yoxdur. Bütün bunların nəticəsində də əksərən orqazm yaşanmır. Eyni formada cinsi istəksizliyi olan kişilərdə də sərtləşmə, ya da boşalma pozuntuları müşahidə edilir. İstəksizliyi olan kişilər sevişmə zamanı konsentrasiyasını itirəcəyi qorxusundan sərtləşmə və ya tez boşalma problemi yaşaya bilərlər”.

Həkim bildirir ki, müasir cəmiyyətimizdə hələ də cinsi münasibət istəyən, axtaran, cinsi münasibət başladan, bundan həzz alan, orqazm olan, sevişməyə aktiv olan qadınlara yaxşı baxmırlar. Bu baxımdan cinsi istəyinin kifayət qədər olmadığından şikayətlənən və müalicə olunmaq istəyən qadınlar qınaqdan qorxur: "Ona görə də cinsi istəksizliyin səbəbləri diqqətlə araşdırılmalıdır. Müalicə fərdə və cütlüyə məxsusi olmalıdır, cinsi istəksizliyi doğuran səbəbə görə (fiziki, psixoloji, cinsi əlaqə problemləri, bağlanma və yaxınlaşma qorxusu, təhsil azlığı, cinsi mif v s.) təyin edilməlidir. Cütlüklər və fərd cinsi əlaqə və münasibətində problem hiss edirsə, mütləq həkim və ya terapevtə müraciət etməlidir. Unutmayın ki, cinsəllik rahatlanmaq və boşalmaq, sevişmənin və toxunmanın verdiyi həzz, həzz alıb həzz verə bilmə, ruhu və bədəni paylaşmaqdır”.

  //Yeniqadin.biz