Riskli kişiləri hansı qadınlar sevir?

28-02-2023, 17:27
249

FONO XARİCDƏ TƏHSİL MƏRKƏZİ VƏ XARİCİ DİLLƏR KURSU


BUGUNBİLDİM.COM 


Qərbi Avstraliya Universitetinin psixoloqları müəyyən ediblər ki, riskli kişilər qısamüddətli münasibətlər axtaran və sağlamlığı yaxşı olan qadınlar üçün cəlbedicidir.

Nəzər Media.az Lent.az-a istinadla bildirir ki, araşdırmanın nəticələri "Evolutionary Psychological Science" jurnalında dərc olunub.

Tədqiqat üçün 47 ölkədən 1300-dən çox qadınla müsahibə aparılıb. Tədqiqatçılar iştirakçılar haqqında demoqrafik məlumatlar toplayıb, həmçinin onların hansı kişilərə meyl etdiklərini öyrəniblər. Göründüyü kimi, riskdən çəkinən kişilər uzunmüddətli əlaqələrdən daha çox qısa müddətli münasibətlər üçün cəlbedicidirlər.

"Seks üçün qadınlar yaxşı bədənə malik cəsarətli oğlanlara" üstünlük verirlər. Daha ciddi, uzunmüddətli əlaqələr üçün qadınlar sadiq kişilərə daha çox dəyər verirlər. Daha çox inkişaf etmiş ölkələrdə qadınların kontraseptivlərə və keyfiyyətli dərmanlara çıxışı var, buna görə də münasibət qura bilirlər. Digər sosial qruplardan olan qadınlar bundan imtina etməyə meyllidirlər ", deyə alimlər izah ediblər.