Tanımadığı şəxsdən gözlənilməz mesaj alan qız atası ilə bağlı həqiqəti öyrəndi

9-12-2022, 15:54
695

BUGÜNBİLDİM.COM 


@laneiscool14 ləqəbli istifadəçi tanımadığı birinin mesajı sayəsində əsl atasının kim olduğunu necə öyrəndiyi haqda hekayəsini paylaşıb.

Milli.Az bildirir ki, bir həftə əvvəl TikTok-da yayımlanan hekayəsi ilə video, keçən çərşənbə axşamı, dekabrın 6-da "Daily Dot" nəşrinin diqqətini çəkib.

Qızın dediyinə görə, təxminən bir il əvvəl o, gözlənilməz məzmunlu mesaj alıb. Orada tanımadığı şəxs qohumları ilə bağlı həqiqəti öyrənmək üçün ondan DNT testi keçməsini xahiş edib. "Bunun yalan olduğunu düşündüm, FaceTime-da dostuma zəng etdim və ona hər şeyi danışdım. O dedi: "And içirəm, intuisiyam mənə bunun doğru olduğunu deyir. Cavab verməlisən". Mən cavab verdim və tezliklə aşağıdakı mesajı aldım", - deyə istifadəçi xatırlaiıb.

Qərib qızın DNT testindən keçməsini israr etməyə davam edib, lakin həmsöhbəti onun kim olduğu və nə bildiyi ilə bağlı suallarına cavab verməyib. Daha sonra videonun müəllifi anasına zəng edərək başına gələnləri danışıb. Nəticədə ana etiraf edib ki, qızın bütün həyatı boyu atası hesab etdiyi adam əslində o deyil. Məlum olub ki, anası özündən on yaş kiçik oğlanla münasibətdə olub. Bundan sonra qadın hamilə qalıb, lakin bunu uşağın əsl atasından gizlətmək qərarına gəlib.

Nəticədə qız DNT testindən keçərək əsl atasının kim olduğunu öyrənib və onunla əlaqə saxlayıb. "O, mənə dedi ki, mənim iki yaşım olanda anam ona mənim adım olan Milad kartı göndərib və o vaxtdan bəri vaxtaşırı axtarış sisteminə adımı yazıb. O, həyatım boyu sosial şəbəkələrimi izləyir. Bir oğlanla necə tanış olduğumu, evləndiyimi, uşaq dünyaya gətirdiyimi, hər şeyi kənardan izlədi, amma eyni zamanda mənimlə ünsiyyət qura bilmədi", - deyə qız əlavə edib.


Şərhlərdə bir istifadəçi ona mesajları kimin göndərdiyini soruşsa da, videonun müəllifi ona cavab verməyib. "Əsl atanız necə də gözəl kişidir. Uzun illər səni uzaqdan sevdi", "Onun səni uzaqdan sevməsi xoşuma gəldi. O, həmişə sənin yanında olmaq istəyirdi", - digər istifadəçilər yazıb.