Ən skeptik bürclər - Kimlər hər şeydən şübhələnir?

9-12-2022, 15:51
685

BUGÜNBİLDİM.COM 


Şübhə bəzən faydalı olsa da, əksər hallarda narahatlıq doğurur. Bu hiss insanların güvənini sarsır, təkliyə sövq edir. Hər şeydən şübhələnən insanlar həm iş, həm də ailə həyatlarında ciddi çətinliklərlə üzləşirlər. Çünki onlar heç bir səbəb olmadan belə, ən xırda məsələni özləri üçün böyük problemə çevirirlər.

Nəzər Media.az bizim.media-ya istinadən hər şeydən şübhələnən, ən skeptik bürclərin siyahısını təqdim edir:

Xərçəng

Xərçnglər daha çox utancaqlıqları ilə məşhur olsalar da, skeptik xarakterləri ilə də fərqlənirlər. Məsələlərə intuitiv yanaşmağı adət halına gətirdikləri üçün şübhə onların ən yaxın dostlarına çevrilir.Əgər onların bir dəfə belə olsa inamını doğrultmasanız, hər zaman, hər mövzuda sizdən şübhələnməyə başlayacaqlar.

Əqrəb

Əqrəblərin qısqanclıqları hər kəsə məlumdur. Təbii ki, qısqanclıqdan danışırıqsa, şübhələrinin bol olduğunu da qəbul etməliyik. Əqrəblər şübhə etməyi sevirlər. Onlar insanların bütün addımlarını, sözlərini sorğulamağı, ən xırda detalına qədər suallar verməyi adət halına gətiriblər. Lakin bütün suallarına dəqiq və ətraflı cavab versəniz belə, bu, şübhələrini tam olaraq bitirməyiniz üçün yetərli olmayacaq.

Dolça

Dolçaların etibarını qazanmaq çətindir. Onların inadını qırmaq üçün şübhəli cümlələr qurmaqdan uzaq olmaq lazımdır. Çünki onlar sizin fikirlərinizdə gizlənən mesajların, kinayənin axtarışına çıxırlar. Onlar çox gec güvənirlər. Lakin nə qədər güvənsələr belə, yenə də şübhələrini qoruyub saxlamağı bacarırlar.

Əkizlər

Təbii ki, skeptiklərdən danışarkən, qərarsız əkizlərin siyahıya salınmaması doğru olmazdır. Əkizlərin şübhələri bəzən paranoyaklıq həddinə çata bilir. Bunun əsas səbəbi isə insanların onların güvənlərini sarsacaq hər hansı addımlar atmaları deyil. Əkizlər heç bir səbəb olmadan da sizə qarşı şübhə ilə yanaşa bilərlər. Ancaq bu bir müddətlikdir və situasiyaya görə dəyişir. Onlar bəzi məsələlərdə tam güvəndikləri insanlara belə, bir sıra mövzularda şübhə ilə yanaşa bilirlər.