WhatsApp-da olacaq YENİLİKLƏR

26-02-2016, 13:17
92

WhatsApp-da olacaq YENİLİKLƏRİstifadəçi sayını günü-gündən sürətlə artıran ani mesajlaşma sistemi olan "WhatsApp" yeniliklər etməkdə davam edir.

İstifadəçilərinin hər cür rahatlığını təmin edərək onları təəccübləndirməkdə davam edən şirkət yeni xidmətlər planı hazırlayır. Zəng, internet üzərindən söhbət xidmətlərini təkmilləşdirən "WhatsApp" öz yeni hədəflərini artıq müəyyənləşdirib.  Şirkət əsasən iOS və "iPhone" üçün bir neçə xüsusi sistem hazırlayır. Hazırlanan yeni xidmətlər sırasına video söhbət, təkmilləşdirilmiş 3D Touch (İOS), foto tənzimləmə və s. daxildir. Bundan başqa bu il dizayn dəyişikliyi də nəzərdə tutulub.  

"WhatsApp" smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir.

Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir.  2009-cu ildə Cen Koum və Brayan Akton tərəfindən əsası qoyulub. "WhatsApp" mesajlaşma xidmətinə sahib olan "Facebook" şirkətindən  verilən məlumata görə, mesajlaşma xidmətindən istifadə edənlərin sayı 1 milyarda çatıb. Bu isə "Facebook Messenger"dən də çox istifadəçi deməkdir.

   //musavat.com