Unikal avtomobil satışa çıxarıldı

23-02-2022, 21:51
118

BUGUNBİLDİM.COM



Almaniyada 50 yaşlı "Jaguar" satışa çıxarılıb.

Avtomobilin satış elanı superkarlar və ekzotik modellər üzrə ixtisaslaşan "Spartan Horse" onlayn platformasında peyda olub.

Nəzər Media.az oxu.az-a istinadən xəbər verir ki, 1971-ci il istehsalı ingilis idman avtomobili 800 at gücündə malik 8,5 litr həcmli V12 mühərriklə təchiz edilib.

Beş pilləli sürət qutusu ilə təchiz edilən "Jaguar" 100 kilometrə qədər 4,1 saniyə ərzində sürətlənir. Onun maksimal sürətisə saatda 300 kilometri ötür.

"Jaguar E-Type" kupesi əsasında hazırlanan avtomobilin qiyməti 250 min avrodur.