“Ehtiyacın varsa al, ehtiyacın yoxsa el tut!” kampaniyası adı altında xeyirxah aksiya keçirildi

18-01-2016, 12:46
482

“Ehtiyacın varsa al, ehtiyacın yoxsa el tut!” kampaniyası adı altında xeyirxah aksiya keçirildiAzərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2011-2015-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.

Bununla əlaqədar olaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsi, Gənclər və könüllülər şöbəsi, AzQAC Sabunçu rayon bölməsinin  birgə təşkilatçılığı ilə Sabunçu rayonunda evlərdə yaşayan gənc əlil ailələrinə və Qızıl Aypara Cəmiyyətinin sosial cəhətdən çox zəif olan könüllülərin ailələrinə "Ehtiyacın varsa al, ehtiyacın yoxsa el tut!” kampaniyası adı altında tədbir keçirildi. Bu kampaniyaya dəstək olaraq, adının çəkilməsini istəməyən iş adamı ehtiyacı olan bu insanlara ət payı və cürbəcür şirniyyatlarla humanitar yardım etmişdir.

Tədbir 15 yanvar 2016-cı il tarixində Sabunçu rayon bölməsində baş tutmuşdur.

Sonda tədbirdə iştirak edən gənc əlillərin ailələri və könüllülər tədbirin ərsəyə gəlməsində Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, əməkdaşlarına və könüllülərinə, humanitar yardımı edən həmin şəxsə, AzQAC Sabunçu rayon bölməsinin rəhbərliyinə və könüllülərinə keçirdikləri bu tədbir üçün öz təşəkkürlərini bildirdilər. Biz də Cəmiyyət olaraq tədbirdə əməyi keçən hər bir kəsə öz təşəkkürümüzü bildiririk