"Neftçi"dən işini çətinləşdirəcək məğlubiyyət-YENİLƏNİB-2

2-02-2021, 19:55
199

Azərbaycan Kubokunun 1/4 final qarşılaşmalarının ilk görüşləri çərçivəsində keçirlən "Neftçi"- "Zirə" oyunu başa çatdı. Bu görüşdə "Neftçi" işini çətinə salaraq 0:1 hesabı ilə məğlub oldu. Qeyd edək ki, tərəflər arasında növbəti qarşılaşma fevralın yeddisində keçiriləcək.

xxxxxxxxxxxxxxx

"Neftçi"-"Zirə" oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra "Zirə" 0:1 hesabı ilə öndədir.
xxxx
Dünən Azərbaycan Kubokunun 1/4 finalının ilk görüşlərinə start verilib. Bu gün isə iki qarşılaşma baş tutacaq.

1/4 ilk qarşılaşmalarının sonunda futbolumuzun flaqmanı "Neftçi" "Bakcell Arena"da 1/8 finalda "Qaradağ Lökbatan"ı darmadağın edən "Zirə"ni qəbul edir. Hakimin Rəhim Həsənovun idarə etdiyi qarşılaşmada artıq 26-cı dəqiqəsində İlkin Muradovun qolu "Zirə" hesabı açdı- "Neftçi"-"Zirə"-0:1

Azərbaycan Kubokunun 1/4 finalının ilk qarşılaşmalarına dünün start verilib. Dünən iki qarşılaşma baş tutub.

İlk öncə "Səbail" Sumqayıt səfərindən üzü ağ dönməyə nail olub. "Kapital Bank Arena"da keçirilən görüşdə hesab 12-ci dəqiqədə açılıb. Amil Yunanov 12-ci dəqiqədə meydan sahiblərin meydanın mərkəzinə dəvət edib- "Sumqayıt"-"Səbail"-0:1. İkinci hissədə tərəflərdən heç biri fərqlənə bilmyəib və görüş "Səbail"in 0:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab görüşü fevralın altısı keçiriləcək.

Günün son matçında isə "Tofiq Bəhramov adına Respublika Stadionu"nda "Qarabağ" "Qəbələ"ni qəbul edib. Artıq oyunun 33-cü dəqiqədə "Qarabağ" hesabda önə keçə bilərdi. Lakin oyunun 33-cü dəqiqəsində "Qəbələ"nin qapsına təyin olunan penaltini Uroş Matiç qola çevirə bilməyib. İlk hissə tərəflərin fərqlənməməsi ilə əlaqədar olaraq başladığı hesabla bitib- "Qarabağ"-"Qəbələ"-0:0. Görüşdə bütün qollar ikinci hissədə vurulub. Oyunun 55-ci dəqiqəsində "Qarabağ" Kvabena Ovusu qolu ilə hesabı açıb- "Qarabağ"-"Qəbələ"-1:0. Oyunun 73-ci dəqiqəsində Mahir Emreli komandasının ikinci qoluna imza atıb- "Qarabağ"-"Qəbələ"-2:0. İki dəqiqə sonra oyunun 75-ci dəqiqəsində Mahir Emreli dubl edərək özünün ikinci komandasınn üçüncü qoluna imza atıb-"Qarabağ"-"Qəbələ"-3:0. Oyunun 88-ci dəqiqəsində Ceyms Adeniyinin qolu ilə qollardan birinin əvəzini çıxıb- "Qarabağ"-"Qəbələ"-3:1. Bu qol "Qəbələ" üçün təsəllidən başqa bir şey olmayıb. Beləliklə "Qarabağ" elə ilk oyunda evdə sərfəli nəticə ilə yadda qalıb. Komandalar arasında cavab görüşü fevralın altısı keçiriləcək.


Bu gün isə Azərbaycan kubokunun1/4 final-ı çərçivəsində bir qarşılaşma baş tutub. "Keşlə" Azərbaycan Kubokunda mübarizə aparan yeganə I divizion təmsilçisi qədim Gəncə təmsilçisi "Kəpəz"i qəbul edib. Görüşdə hesab 42-ci dəqiqədə açılıb. "Kəpəz"in qapsına təyin olunan penaltini Sezar Mezza Koli qola çevriə bilib. Bu həm də ilk hissənin hesabı olub. İkinci tərəflər fərqlənə bilməyib və görüş 1:0 "Keşlə"nin xeryinə başa çatıb. Qeyd edək ki, bu cütün qalibinin adına fevralın yeddisində Gəncədə aydınlıq gələcək.

1/4 finalın cavab qarşılaşmaları fevralın 6-7-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunun oyunları 1/8 final mərhələsindən start götürüb. Bu mərhələdə kollektivlər sadəcə bir dəfə üz-üzə gəlib. 1/8 finalın görüşləri yanvarın 25-də başlayıb. Həmin gün bir qarşılaşma baş tutub.

İlk öncə "Səbil" "ASCO Arena"da I divizion təmsilçisi "Zaqatala"nı qəbul edib. Görüş hər kəsin proqnozlaşdırdığı kimi "Səbail" üçün rahat keçməyib. Oyunda hesab 26-cı dəqiqədə açılıb. Amil Yunanov meydan sahiblərini hesabda irəli çıxarıb- "Səbail"-"Zaqatala"-1:0. Ancaq bundan sonra dənizçilər üçün kabusa bərabər dəqiqələr başlayıb. Oyunun 31-ci dəqiqəsində "Səbail"in heyətindən Roni İsmayılov hesabı bərbərləşdirib- "Səbail"-"Zaqatala"-1:1. Oyunun 41-ci dəqiqəsində qonaqlar meydan sahiblərini "soyuq duşa" qonaq edəcək ikinci qola imza atıblar. Roni İsmaylov dubl edərək özünün və komandasının ikinci topuna imza atdıb- "Səbail"-"Zaqatala"-1:2. İlk hissə "Zaqatala"nın üstünlüyü ilə bitib. Ancaq ikinci hissədə çətində olsa "Səbail" oyunda dönüş yarada bilib. Əvvəlcə 62-ci dəqiqədə Adil Nağıyev hesabı bərabərləşdirib- "Səbail"-"Zaqatala"-2:2. Oyunun 84-cü dəqiqəsində "Səbail"in heyətində Əfran İsmayılov oyunda son nöktəni qoyub. Beləliklə "Səbail" çətinliklədə olsa 3:2 hesabı ilə qələbə qazanaraq finala vəsiqə qazanıb.

Yanvarın 26-da isə üç görüş baş tutub.

"Tovuz şəhər stadionu"da əfsanəvi "Turan Tovuz" "Qəbələ"ni qəbul edib. Oyunda hesab oyunu 32-ci dəqiqəsində açılıb. Stefan Vukçeviç meydan sahiblərini meydanın mərkəzinə dəvət edib-"Turan Tovuz"-"Qəbələ"-0:1. İkinci hissədnin əsas vaxtına əlavə edilən birinci dəqiqədə Ceyms Adeniyi hesab arasında fərqi artırıb-"Turan Tovuz"-"Qəbələ"-0:2. İlk hissə "Qəbələ"nin 0:2 hesablı qələbəsi ilə başa çatıb. İkinci hissdə oyunda fərqlənən tərəf olmayıb və qarşılaşma "Qəbələ"nin 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Paralel olaraq "Dalğa Arena"da "Qaradağ Lökbatan" "Zirə"ni qəbul edib. Premyer Liqa təmsilçisi cütün qalibinə ilk hissədə aydınlıq gətirib. Oyunda hesab 12-ci dəqiqədə Nemanya Andelkoviçin qolu ilə açılıb- "Qaradağ Lökbatan"-"Zirə"-0:1. 27-ci dəqiqədə Davit Volkov hesabı artırıb- "Qaradağ Lökbatan"-"Zirə"-0:2. 30-cu dəqiqədə Musa Qurbanlı üçüncü dəfə I divizion təmsilçisini məyus edib-"Qaradağ Lökbatan"-"Zirə"-0:3. Oyunun ilk hissəsinə əlavə edilmiş 2-ci dəqiqədə David Volkov dubl edərək özünün ikinci komandasının dördüncü topuna imza atıb-"Qaradağ Lökbatan"-"Zirə"-0:4. Bu həm ilk hissənin həmdə bütün oyunun nəticəsi olub. İkinci hissədə heç bir qol olmadığı üçün 0:4 hesablı qələbə ilə "Zirə" adını 1/4 finalın iştirakçılarının sırasına yazdırmağa nail olub.

1/8 finalın sonuncu qarşılaşması isə əsil sensasiya ilə yadda qalıb. Burada Premyer Liqanını sonuncusu olsada Premyer Liqa təmsilçisi "Sabah" "Bank" Respublika Arena"da qədim Gəncəni I divizonda təmsil edən "Kəpəz"i qəbul edib. Görüşdə hesab oyunun əsas vaxtına əlavə edilmiş 1-ci dəqiqədə açılıb. Filip İvanoviç qolun müəllifi olub- "Sabah"-"Kəpəz"-1:0. Bu həmdə ilk hissənin hesabı olub. İkinci hissənin Samir Qurbanov hesabı bərabərləşdirib- "Sabah"-"Kəpəz"-1:1. 85-ci dəqiqədə isə Əli Səmoduvun qolu həm "Sabah"ı həm bütün futbol ictimaətini şoka salıb- "Sabah"-"Kəpə"-1:2. Qalan vaxt ərzində meydan sahibləri heç nə edə bilməyib və nəticədə I dəstə təmsilçisi "Kəpəz" adını 1/4 finalın iştirakçılarının siyahısına salıb.