“Aqrar siyasət komitəsi üzvlərinin işğaldan azad edilmiş torpaqlarda iclas keçirmək istəyini Tədbirlər Planına salmışıq”.
Bu fikirləri açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Komitə sədrinin sözlərinə görə, ərazilər minalardan təmizlənəndən sonra bu işlər gerçəkləşəcək:
“Hesab edirəm ki, komitə üzvləri işğaldan azad edilmiş ərazilərdə işlərin gedişatı ilə tanış olmalıdırlar. Məlumat var ki, Ağdamda 1165 hektar taxıl əkilib. Bu çox yaxşı rəqəmdir. Bu kampaniya Füzuli və digər yerlərdə də aparılacaq. Aqrar sahənin inkişafı ilə bağlı tədbirlər görüləcək. Hazırda ərazilər minalardan təmizlənir. Təmizlənmə tam başa çatandan sonra razılıq əsasında həmin regionlarda olmağı planlaşdırırıq. Bu ay da olmasa, növbəti aylarda komitə olaraq apreldə, mayda, iyunda həmin yerlərə bir neçə dəfə baş çəkəcəyik”.
Tahir Rzayev fevralda işğaldan azad edilmiş ərazilərə qısamüddətli səfər edəcəyini də söyləyib:
“Fikrimdə var ki, fevralda komitə üzvləri ilə birgə Ağdama, Füzuliyə gedək. İşlərin gedişi ilə tanış olmaq istəyirik”.
//Modern.az
6 nəfər narkotik alverçisi saxlanıldı
PKK/KKC terror təşkilatının təbliğatını aparanlar saxlanıldı
Əfqanıstanda hərbi helikopter qəzaya uğradı: 1 ölü, 12 yaralı
2 mikroavtobus toqquşdu: 3 yaralı
İndoneziyada torpaq sürüşməsi və daşqın:58 ölü
Elşad Miri: “Allahın olmadığına inanmaq...”
"Kişi özünə bəzək verməz"
Türkanın işçilərinə JESTİ: kotlet-çörək... - VİDEO
“İstəyirəm, maşın hədiyyə edən sevgilim olsun”
«Yengə, bəlkə artıq əynini geyinəsən?» — Naranın paylaşımı qınandı — FOTO
“Yazırlar ki, “qoca nənəsən, niyə soyunursan?”” – VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
İtaliya millisinin futbolçusu AVRO-2024-dən kənarda qala bilər
22 nəfər qanunsuz mühacir saxlanıldı
Özünü müəllim kimi təqdim edən və məktəbliyə seksual xarakterli hərəkətlər edən şəxs yaxalandı