Operativ Qərərgah: Azərbaycanda 4 127 nəfər COVID-19-dan sağalıb

31-12-2020, 15:45
276


Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 064 yeni yoluxma faktı qeydə alınıb, 4 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 32 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 218 700 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 184 422 nəfər müalicə olunaraq sağalıb, 2 641 nəfər vəfat edib, aktiv xəstə sayı 31 637 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 219, bu günə qədər isə ümumilikdə 2 195 466 test icra olunub.