Azərbaycanda 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış və həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.
Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1957-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşının səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmiş və pasiyent vəfat etmişdir. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.
Qeyd edək ki, ölkəmizdə ümumilikdə 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib. Hazırda 267 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti isə orta ağırdır. Müxtəlif karantin zonalarına yerləşdirilən 4602 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
//Nəzər Media.az
U-17 Azərbaycan çempionatı keçiriləcək
Stolüstü tennisçilər beynəlxalq yarışda fəxri kürsüyə qalxıblar
Əfsanə meydana qayıdır - 58 yaşında
Lənkəranda ər arvadını yeməyini vermədiyinə görə döydü - TƏFƏRRÜAT
Xoşqədəm izləyicisinə çəmkirdi: "Babamın xəstəliyi canına tökülsün"
Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
Vüqar Qurbanov işdən çıxardığı müavinə yeni vəzifə verdi - FOTO
Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM
Kreml sülhməramlıların Azərbaycanı tərk etməsini təsdiqlədi - VİDEO
Kobaxidze prezidenti xarici agent adlandırdı
Nigarın dekolteli geyimi DİQQƏT ÇƏKDİ - FOTOLAR
Röya Ayxandan YENİ UĞUR - 6 milyondan çox izlənildi -
"Bir gün konnservatoriyanın qabağında dayananda onu gördüm"
Qaynı evinə qonaq gəldi, arvadını döydü - TƏFƏRRÜAT
Qırğızıstan “TikTok”u qadağan edə bilər