Əli Əhmədov: "YAP-a əhali arasında rəğbət artır"

24-12-2019, 22:39
195


Ötən gün Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilib və Yeni Azərbaycan Partiyası da bu seçkilərdə iştirak edib.

Nəzər Media.az Trend-ə istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partyasının Sədr müavini-İcra katibi Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən ilkin nəticələr elan olunub:

"Lakin bizim seçki məntəqələrində olan müşahidəçilərimizin apardığı müşahidələrə əsasən deyə bilərəm ki, YAP-ın bələdiyyə seçkilərində namizədləri seçicilərin çoxunun dəstəyini qazanıb. İnsanların rifahının yaxşılaşması ilə əlaqədar Prezidentin təşəbbüsü ilə böyük sosial layihələrin həyata keçirilməsi insanlar tərəfindən yüksək qiymətləndirilir və YAP-a əhali arasında rəğbət artırır. Mən Yeni Azərbaycan Partiyasını əldə etdiyi qələbəyə görə təbrik etmək istəyirəm".