Əliyev Ərdoğana qapıları açdı

29-11-2015, 22:28
410

Əliyev Ərdoğana qapıları açdıRusiya Türkiyəyə məxsus TIR-ların Mərkəzi Asiyaya gedə bilməməsi üçün müxtəlif maneələr yaratmasından sonra prezident İlham Əliyevin təlimatı ilə yük maşınlarının Azərbaycandan keçməsi asanlaşdırılıb.

Türkiyə Xarici İşlər Nazirliyinin Beynəlxalq yükdaşımalar dərnəyinin açıqlamasında bildirilir ki, Rusiya üzərindən Qazaxıstan, Qırğızıstan və Tacikistana getmək istəyən Türkiyə dövlət nişanlı yük maşınları bundan sonra Xəzər dənizi dəhlizini istifadə edəcək.

Suriya sərhədində Rusiyaya məxsuss Su-24 bombardmançı təyyarəsinin vurulmasından sonra Türkiyə TIR-ları neçə gündür ki, Gürcüstandan Rusiya ərazisinə buraxılmırdı.
 
 Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ötən həftə Bakıda səfərdə olarkən azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə Türkiyə TIR-larının yük daşımasında problemlərin yaranması ilə bağlı məsələ qaldırmışdı. Nazir Məmmədyarov isə məsələni prezident İlham Əliyevə məruzə edib.

Bundan sonra İlham Əliyev Türk TIR-larının tranziti üçün hər cür yardımın edilməsi ilə bağlı təlimat verib. Təlimatdan sonra iki ölkənin səlahiyyətliləri qərara gəlib ki, türk TIR sürücülərinin sərhədi keçməyə dair sənədi olmasa da cəzalandırılmayacaq.
 
 
 


Türk TIR-larının yeni tranzit istiqaməti
 
 "Çətin gündə yanımızda oldu"

Beynəlxalq yükdaşımalar dərnəyinin icraiyyə komitəsinin rəhbəri Fatih Şener Azərbaycandan və Xəzər dənizindən tranzit yolu olaraq keçidin xərci çox olduğuna görə bu günə kimi istifadə edilmədiyini bildirdi.

İlham Əliyevin təlimatını xatırladan Şener deyib ki, Rusiya ilə böhrandan sonra Azərbaycan çarəsiz qalan Türkiyə TIR-larına sahib çıxdı. Azərbaycan prezidentinə təşəkkür edən Şener bu tranzit yolun daimi olmasını arzu edib.
 
 Xəzər dənizindən yol daha qısadır

Gürcüstanda neçə gündür ki, qalan Türk TIR-larının ötən gecədən etibarən Xəzər dəhlizindən istifadə etməyə başladığını deyən Şener bildirib ki, yük maşınları artıq Qazaxıstan və Qırğızıstana doğru yola çıxıb. Onun sözlərinə görə, Gürcüstanda qalan Türkiyə dövlət nömrə nişanlı TIR-ların sayı 30-a düşüb.

Bakıdan Türkmənbaşı (Türkmənistan) və Aktau (Qazaxıstan) limanları istiqamətində səfərlərin başladığını deyən Şener bildirib ki, Xəzər dənizindən tranzit yolu əvvəlkindən çox qısadır. "Bu tranzit yol daimi olarsa, Azərbaycan iqtisadiyyatı da fayda görəcək", deyə Şener bildirib.
 
 
 
 
    //ANS Press