Bu vaxta qədər 11294 şəhidin 16764 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya növbəti iclasında daha 227 şəhid üzrə 370 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edib. Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.
Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Onlardan bu günədək 11294 şəhidin 16764 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunmaqla, birdəfəlik ödəmə ilə təminat proqramı artıq 92,1 faiz icra olunub.
//milli.az
Finalçılar məlum oldu
Malik Həsənov Avropa çempionatına qələbə ilə başlayıb
Avropa çempionatına start veriləcək
Aynur Dadaşova 35 il sonra bunu etdi - "Artıq tək olmaq istəmirəm" - VİDEO
"Real"ın ÇL-dəki qəhrəmanı bu tiktokerlə eşq yaşayır - FOTOlar
Damlanın prodüserindən səhhəti ilə bağlı AÇIQLAMA
“Ərim ölməzdən qabaq zəng etdi, acıladım”
Dünyanın ən cazibədar xokkeyçisindən yeni - FOTO
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
"Miss-2024"ün finalçısı itkin düşdü
Xalq artistindən SƏRT SÖZLƏR: “Bu sözü eşidəndə utanıram”
"Onsuz geyimin gələndə bilinir ki, sən kimsən"
Toyda FACİƏ: Gəlinin ürəyi qəfil dayandı
Kanye həyat yoldaşına təcavüz edən şəxsi yumruqladı
Üç İngiltərə klubu bir futbolçunu istəyir