Prezident İlham Əliyev Valentina Matviyenkonu “Dostluq” ordeni ilə təltif edib

12-04-2019, 17:25
256


Prezident İlham Əliyev V.İ.Matviyenkonun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Valentina İvanovna Matviyenko "Dostluq" ordeni ilə təltif edilsin.

//AzərTAc