Azərbaycan erməni qadını qaytardı

12-11-2015, 17:14
376

Azərbaycan erməni qadını qaytardı Noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini olan erməni qadın geri qaytarılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsi neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq Azərbaycan və Ermənistan hakimiyyət orqanları ilə birgə bu repatriasiynının keçirilməsinə yardımçı olub.

Erməni vətəndaşı bu gün, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb.

BQXK-nin Azərbaycan nümayəndəliyindən  verilən məlumata görə, təhvilvermə Azərbaycanın Qazax şəhəri ilə İcevan arasında yolda, beynəlxalq sərhəddə gerçəkləşdirilib.

Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri bu qadına baş çəkərkən o, geri dönmək arzusunu bildirib. Təşkilatın nümayəndələri həmçinin onun Ermənistandakı ailə üzvləri ilə də əlaqə saxlayıblar.

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.

1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyan noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozub. İlkin ehtimala görə, qadın müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb.

Saxlanılan Ermənistan Respublikasının vətəndaşına qarşı beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılıb.

   //ANS Press