TRACECA: Yol Təhlükəsizliyi Layihəsi çərçivəsində növbəti seminar keçirildi

12-11-2015, 11:49
558

TRACECA: Yol Təhlükəsizliyi Layihəsi çərçivəsində növbəti seminar keçirildiNoyabrın 5-6-da Bakı şəhərində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Yol Təhlükəsizliyi məsələsində əsas aparıcı mərkəzi olan  Global Yol Təhlükəsizliyi Əməkdaş qurumunun dəstəyi ilə TRACECA: Yol  Təhlükəsizliyi Layihəsi  II çərçivəsində yollarda polis nəzarətinin təmin edilməsi məsələlərinə dair seminar  həyata keçirilmişdir. Seminarın iştirakçıları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin və Bakı şəhər Polis İdarəsinin, Dövlət Yol Polis İdarəsinin İdarəetmə şöbəsinin və Müdafiə Nazirliyinin əməkdaşları  və AzQAC TRACECA: Yol  Təhlükəsizliyi Layihəsi  II qoşulmuş işçi heyyətidir.

 Seminarın başlanğıcında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları iştirakçılara bu layihənin və ümumilikdə TRACECA programı ilə tanışlıq üçün kiçik təqdimat etdilər. Qeyd olundu ki, Azərbaycan bir çox dünya dövlətləri ilə, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla müştərək işlər görərək, Tarixi İpək Yolunun bərpa olunması sahəsində – TRACECA Proqramının hazırlanması və yaradılmasında yaxından iştirak etmiş və 1993-cü ilin may ayında Brüssel şəhərində keçirilmiş Konfransda Avropa Komissiyasının TRACECA Proqramının yaradılmasının təşəbbüskarı olan keçmiş Sovet İttifaqının 8 ölkəsindən biri olmuşdur. Beləliklə, TRACECA (Avropa, Qafqaz və Mərkəzi Asiya Nəqliyyat Koridoru) 1993-cu ildə Avropa Komissiyası tərəfindən Avropa, Qafqaz, Qara Dəniz və Mərkəzi Asiya Nəqliyyat Koridorunun inkişafı üçün irəli sürülmüşdür. Bu təşəbbüsün vasitəsilə regionlar arası iqtisadi əlaqələrin gücləndirilməsi, ölkə daxilində infrastrukturun yaxşılaşdırılması və insanların təhlükəsizliyinin təmin olunması imkanları yaradılır. Adı çəkilən TRACECA: Yol  Təhlükəsizliyi Layihəsi  II regional səviyyədə Yol Təhlükəsizliyi üzrə hazırlanmış İş Planına dəstək məqsədilə irəli sürülüb, Avropa Birliyinin Fondundan maliyyələşdirilir və əsas vəzifələri yolların təhlükəsiz qaydada istifadəsi, sürücülər və piyadaçılar tərəfindən qanunlara riayyət olunması, yol gəzasına düşmüşlərə müvafiq İlk Yardımın və tibbi köməyin təmin olunması, yol təhlukəsizliyi anlayışına doğru insanların davranışının dəyişilməsidir. Birləşmiş Millətlər Təşkilatının (BMT) 2010-ci il mart ayının bəyannaməsinə görə Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri (MC) Yol Təhlükəsizliyi məsələsinin yaxşılaşdırılması üzrə əsas aparıcı partnyorlar kimi qəbul olunmuşdur. Bu bəyannaməyə görə 2011-2020 illər müddətinə Yol Təhlükəsiliyi Fəaliyyət Dekadası rəsmi olaraq elan edilmişdir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının 31-ci Konfransında, Genevrədə MC-r tərəfindən yol təhlükəsizliyi üzrə öhdəliyə qol çəkilmişdir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının 2010-2020-ci illərin strategiyasına və Cəmiyyətinin 2011-2015-ci illərin strateji planına uyğun olaraq küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin təbliği, yeniyetmə və gənclərin sağlam və təhlükəsiz həyat sürməsi naminə aparılacaq fəaliyyətlər cəmiyyətin Gənclər və Sağlamlıq şöbələrinin prioritet fəaliyyətlərindən biridir. Ona görə də bu layihəyə qoşularaq AzQAC götürdüyü öhdəlikləri yerinə yetirmək məqsədilə müxtəlif tədbirlərin təçkil olunmasında yaxından iştirak edir.

Sonra Beynəlxalq Federasiyanın TRACECA: Yol  Təhlükəsizliyi Layihəsi  II üzrə mütəxəssisi cənab Serghei Diakonu tərəfindən maraqlı və iş əsnasında yol polisi əməkdaşlarının qarşlaşdığı mövzulara dair ətraflı təqdimatlar olundu.  Məsələn yol hərəkəti təhlükəsizliyinin idarə olunması risk faktorlarının (sürət məhdudiyyətinə əməl etmə və təhlükəsizlik kəmərlərindən istifadə etmə) və onların  Yol Nəqliyyat Qəzalarına, ölüm və ciddi zədələnmə səviyyəsinə təsiri haqqında danışıldıqda onların aradan qaldırılmasına dair dünyada tətbiq olunan praktika təqdim edildi.  Ölkə daxili qanunlar və qaydalara toxunduqda, cənab Diakonu Azərbaycan Respublikasının Yol Hərəkəti haqqında qanunu və qaydaları sənədlərini yaxşı və dəqiq səviyyədə tərtib olunmuş sənədlər kimi misal gətirdi və digər ölkələr üçün nümunə olaraq istifadə olunmasını tövsiyə etdi. Digər mövzularda Yol Nəqliyyat Qəzaları və Yol Hərəkəti Qaydalarının pozulmasına dair məlumatların ətraflı toplanılması, yol hərəkəti təhlükəsizliyi sisteminin yaradılmasına yönəldilmiş yanaşmanın tətbiq edilməsi,  düzgün məlumatın təqdim olunması, hadisənin işıqlandırılması üçün yol hərəkəti iştirakçıları və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlığın qurulmasının vacibliyi qeyd edildi.  Qanuna tabe etdirməyə dair kiçik və ya böyük miqyaslı əməliyyatların işləyib hazırlanmasında əsas məsələ düzgün planlaşdırmada və bütün imkanların, bacarıqların nəzərə almasındadır.  Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində maraqlı olan digər tərəfdaşlarla, dövlət və son zamanlarda inkişaf etmiş qeyri-dövlət strukturları ilə partnyorluq şəraitində işləməsi yol təhlukəsizliyinin geniş şəkildə təmin olunmasına böyük köməklik göstərə bilər. Belə bir əməkdaşlığa olan misal kimi artıq Qızıl Aypara Cəmiyyəti ilə qurulmuş münasibətləri qeyd etmək olar və əməkdaşlıq nəticəsində ölkə daxilində müxtəlif maarifləndirmə xarakterli kampaniyaları təşkil etmək olar.

Seminar zamanı hansı bilik və bacarıqları əldə etdiklərini, seminarın nə dərəcədə səmərəli olmasının  qiymətləndirilməsi məqsədilə iştirakçılara Qiymətləndirmə vərəqələri paylanıldı. Qiymətləndirmələrin nəticələrinin tətqiqi göstərdi ki, iştirakçılara dünya təcrübəsi ilə tanış olmaq, iş əsnasında yeni texnologiyalar və mühitə uyğun olaraq üsüllarldan istifadə olunması məsələləri maraqlı gəldi. Eyni zamanda qeyd olundu ki, belə formada seminarların tez tez keçirilməsi məqsədə uyğundur çünki imkan yaradır ki, əldə olunan təcrübə təqdim olunsun və yeni məlumatlar alınsın. Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən növbəti seminarlardan biri kimi İlk Yardım seminarın keçirilməsi  nəzərdə tutulur və fürsətdən istifadə edərək iştirakçılar bu seminardan faydalanmağa dəvət olundular.

Sonda cənab Diakonu iştirakçılar arasında gələcəkdə bu sahədə təlimatçı olmaq arzusu olanlara  lazımı məlumatları və materialları təqdim etdi və qeyd  etdi ki, təlimat keçən nümayəndələr gələcəkdə ekspert şəkilində öz həmkarları ilə görüşlərdə işrak edib təcrübələri ilə bölüşə bilərlər.
 image (1) image IMG_8825 IMG_8828 IMG_8831 IMG_8833 IMG_8834 IMG_8836 IMG_8840 IMG_8842 IMG_8844 IMG_8850 IMG_8851 IMG_8856 IMG_8862 IMG_8865 IMG_8866 IMG_8867
 
 

   //Nəzər Media.az