ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün münaqişə tərəfləri ilə işə sadiqdir.
Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.
O qeyd edib ki, ərazilərin geri qaytarılması, azərbaycanlı qaçqın və məcbur köçkünlərin öz torpaqlarına qayıtması, güc tətbiq edilməməsi və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələləri hərtərəfli həll prosesinin vacib tərkib hissələridir və tərəflər bunları müzakirə etməlidirlər:
"Məhz buna görə də ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə çalışırıq ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü tez bir zamanda təşkil edək. Mən xatırlatmaq istərdim ki, həmsədrləri vasitəçidir. Biz tərəfləri yekun qərar qəbul etməyə məcbur edə bilmərik".
R.Hoqland onu da bildirib ki, yaxın həftələrdə və aylarda diplomatik fəaliyyətin genişlənəcəyi müddətdə həmsədrlər danışıqların yüksək səviyyədə təmin olunması üçün bir sıra bəyanatlar verəcək.
//Trend
Külək güclənəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanda 3 minə yaxın şəxsə 2 min manat pul veriləcək
"Qurban olsunlar adıma"” – VİDEO
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
"İlk dəfədir ki, saxta bir üz taxmıram"
Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı
Günün qoroskopu: Bütün işlərdə nüanslar, səbr və qayğı çox vacibdir
İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
AVARÇƏKMƏ ÜZRƏ "PREZİDENT KUBOKU-2024” REQATASININ İKİNCİ GÜNÜNDƏ İDMANÇILARIMIZ 3 MEDAL QAZANDI
Dənizkənarı Bulvarda “Wings for Life World Run”baş tutacaq – FOTOLAR
May bu bürclərə uğur gətirəcək - Pul, sevgi, karyera...
Qumral anasının yalanını üzə çıxardı: “O körpə anamın deyil, şou idi” - VİDEO
“Kaş, Əlixan mənim ərim olardı”
Xalq artistinin qızı nişanını qaytardı
Ölü tapılan Züleyxa Rəhiminin evindən görüntülər - VİDEO