Əli Həsənovun nəvəsinin VƏZİYYƏTİ AĞIRDIR

4-08-2017, 12:06
531


Qəza zamanı baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin dünyasını dəyişməsi ilə bağlı yayılmış xəbərlər həqiqəti əks etdirmir.

Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü və bir piyada ölüb, bir nəfər isə yaralanıb.

“Mercedes Gelandewagen”in sürücüsü Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.

Qeyd edək ki, hadisə zamanı baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin maşında olması və dünyasını dəyişməsi ilə bağlı yayılmış xəbərlər həqiqəti əks etdirmir.

//APA