SON DƏQİQƏ! Çempionumuz da ETİRAZ AKSİYASINA qoşuldu - NARAZILIQ

28-07-2017, 15:43
234


Xəbər verdiyimiz kimi dünya çempionatına hazırlaşan idmançılar Gənclər və İdman Nazirliyindən və Güləş Federasiyasından öz narazılıqlarını bildiriblər.

İdmançılar bu gün günorta saatlarında etiraz aksiyası da keçiriblər. Etiraz aksiyasının keçirilməsinə səbəb isə Azərbaycan Güləş Federasiyasının idmançılara qarşı biganələyidir.

Bu barədə  danışan dünya çempionu Rəsul Çunayev federasiyanın mükafatları verməməsindən gileylənib:

"Artıq məşq toplanışı keçirtmirik. Bir ildir ki, federasiya tərəfindən maaşlar və mükafatlar verilmir. Biz dövlətimizi, vətənimizi təmsil edirik. Əsgərin silahı olduğu kimi, bizim də silahımız təlim-məşq toplanışlarıdır. Yarışlarda nəticə göstərməyəndə də tənqid olunuruq. Şərait yaradılanda yüksək səviyyədə çıxış etmişik. Zalda içməyə su belə verilmir. Məşqçilər, işçilər hamısı çıxıb gedib. Cənab Prezidentimizin dəstəyi ilə yarışlarda yüksək səviyyədə çıxış etmişik. Ancaq indiki problemlərə görə çıxılmaz vəziyyətdə qalmışıq. 3 həftədən sonra dünya çempionatına getməliyik. Uşaqların yarıdan çoxu zədəlidir.

Heç birinin müalicə olunmaq imkanı yoxdur. Məni də müalicə etmədilər, öz hesabıma əməliyyat olundum. Təsəvvür edin, əməliyyat olunmaq üçün 3 ay gözləmişəm. Aramızda elə uşaqlar var ki, məşqə gələ bilmirlər. Vəziyyət o qədər acınacaqlıdır ki, xidmətçilər deyir ki, maşınınızı yuyaq, bizə 5-10 manat verib. Getdik təlim-məşq toplanışına, yemək olmadığı üçün bizi oteldən çıxartdılar. Bir nəfər də çıxıb demir ki, maliyyə niyə ayrılmır. “Bu gün- sabah” deyə-deyə ilyarımdır problemlər davam edir”.

SON DƏQİQƏ! Çempionumuz da ETİRAZ AKSİYASINA qoşuldu - NARAZILIQ
SON DƏQİQƏ! Çempionumuz da ETİRAZ AKSİYASINA qoşuldu - NARAZILIQ
SON DƏQİQƏ! Çempionumuz da ETİRAZ AKSİYASINA qoşuldu - NARAZILIQ
   //Big.az