Qəbələdən möhtəşəm qələbə

21-07-2017, 01:12
205


UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın "Qəbələ" klubu Polşanın "Yaqelloniya" klubunun qonağı olub.

Görüş 0:2 hesabı ilə təmsilçimizin xeyrinə yekunlaşıb. Oyunun 18-ci dəqiqəsində ilk qolu İlqar Qurbanov rəqib qapısından keçirib. Oyunun 89-cu dəqiqəsində F. Ozobiç fərqlənərək hesabı 0:2 edib.

Beləliklə, "Qəbələ" klubu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib (ilk oyun - 1:1).

Qeyd edək ki, növbəti turda "Qəbələnin" rəqibi Yunanıstanın "Panatinaykos" klubu olacaq.

   //Nəzər Media.az