“İnter”dən biabırçı məğlubiyyət

21-07-2017, 00:15
230


Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Qitənin ikinci dərəcəli klub turnirində çıxış edən Azərbaycan təmsilçiləri də vacib oyuna çıxıb.

"İnter" evdə qazandığı 1:0 hesablı qələbənin üstünlüyü ilə Lüksemburqa yollansa da, bu üstünlüyünü qoruya bilməyib. "Keçmiş bankirlər" səfərdə biabırçı hesabla uduzaraq Avroliqa ilə vidalaşıblar.

Lüksemburq təmsilçisi paytaxt klubunun qapısında 4 qol keçirib. Zaur Svanadzenin komandasının gücü bunlardan birinin əvəzini çıxmağa çatıb.

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20 iyul

"Fola" (Lüksemburq) - "İnter" (Azərbaycan) - 4:1

Qollar: Haci, 21, Saiti, 32, Laterze, 59, Sakras, 90+4 - Pərdis Fərcad-Azad, 70

Baş hakim: Donatas Rumsas

Baş hakimin köməkçiləri: Aleksandr Radius, Vladimir Gerasimov (

Dördüncü hakim: Robertas Smitas (hamısı Litva)
UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)

Eş. Emil Mayriş stadionu

İlk oyun - 0:1

//Apasport.az