Sonuncu günün TƏQVİMİ-BAKI-2017

22-05-2017, 09:45
315


Bu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları başa çatacaq.

Bağlanış mərasimindən əvvəl - son yarış günündə stolüstü tennis komandalarının final görüşləri keçiriləcək. Qadınlardan ibarət millimiz finalda İran yığması ilə qarşılaşacaq.

10:00 - 15:30
Kişilər komanda - final
 Kişilər komanda - medal mərasimi
 Qadınlar komanda - final
 Qadınlar komanda - medal mərasimi
 
Tennis turnirində fərdi yarışların qalibləri müəyyənləşəcək.
 
10:00 - 16:00
Kişilər fərdi - finallar
 Kişilər fərdi - medal mərasimi
 Qadınlar fərdi - finallar
 Qadınlar fərdi - medal mərasimi
 
Uşu yarışında ən güclülər məlum olacaq. Üçqat Avropa çempionumuz Elçin Eminov (56 kq), Bayram Şəmmədov (65 kq) və Vüqar Kərəmov (70 kq) qızıl medal uğrunda mübarizə aparacaqlar.
 
11:00 - 13:40
Kişilər 48 kq
 Kişilər 52 kq
 Kişilər 56 kq
 Kişilər 60 kq
 Kişilər 65 kq
 Kişilər 70 kq
 Kişilər 75 kq
 
Qeyd edək ki, mayın 8-də başlayan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları bu gün yekunlaşır. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
  //Nəzər Media.az