İki güləşçimiz yarımfinalda, Cəbrail məğlub oldu-BAKI-2017

19-05-2017, 11:14
56


Bu gün IV İslam Həmrəylik Oyunları çərçivəsində sərbəst güləş yarışlarına start verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan Mahir Əmirslanov ilk 1/4 finalda Kamerunlu idmançı Tambi Nfronsong Rolandı məğlub etməyi bacarıb.

Digər pəhləvanımız çəkisi 65 kq olan Müslümov Moqamed isə yarışa 1/8 start verib. O ilk olaraq Kotivarlı Abbe Açi İnnocent məğlub edib. 1/4 finalda isə o Qabondan olan rəqibi Cumba Mabali Ma Bundeni məğlub edərək adını yarımfinalçıların siyahısna yazıb.

Medal gözlədiyimiz Cəbrayıl Həsənov isə fars idmançı Yaranmadı Peymana ilk görüşdəcə məğlub olub.

//Nəzər Media.az