Sabah Şəriəti bürünclə kifayətləndi

18-05-2017, 20:17
87


Bu gün İslam Həmrəylik Oyunları çərçivəsində Heydər Əliyev adına İdman sarayında güləş yarışlarının ikinci gününə start verilib. Döşəyə sonuncu çıxan pəhləvanımız çəkisi 130 kq olan Sabah Şəriəti olub. Şəriəti bürünc medal uğrunda Suriya təmsilçisi Alkrad Raja ilə görüşüb. Pəhləvanımız görüş ərzində heç bir çətinliklə üzləşmədən 0:9 hesablı qələbə qazanıb. Bununla da o IV İslam Həmrəylik Oyunlarının bürünc medalına yiyələnib.

Qeyd edək ki, həmyerlimiz ilk görüşdə pakistanlı Musab Əkrəmi məğlub etsə də yarımfinal qarşılaşmasında Özbəkistandan olan Muminjon Abdullayevə məğlub olub.

Nəzərinizə çatdıraq ki, bu gün medal uğrunda mübarizə aparan bütün təmsilçilərimiz görüşlərini uğurla başa vurub.

//Nəzər Media.az