“Bakı-2017”: Azərbaycanın qadın həndbolçuları finalda

13-05-2017, 11:37
196


“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qadınların yarışında mayın 13-də ilk finalçı müəyyənləşib.

Yarımfinal mərhələsində Özbəkistan yığmasını 42:25 hesabı ilə məğlub edən Azərbaycan milli komandası adını finala yazdıran ilk komanda olub.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən oyunu iraqlı hakimlər briqadası idarə edib.

Digər finalçı isə Türkiyə-Kamerun matçından sonra müəyyənləşəcək.

  //SİA.az