Millimiz məğlub oldu-YENİLƏNİB

10-05-2017, 21:48
319


Bu gün İslam  Həmrəylik Oyunları çərçivəsində təşkil olunan həndbol yarışlarında kişilərdən ibarət  Səudiyyə Ərəbistanı və Azərbaycan həndbol milliləri günün son oyununa çıxıb. İlk oyunda Pakistanı 36:43 hesabı ilə məğlub edən millimiz ərəblərlə görüşün ilk hissəndə çox çətin anlar yaşayıb.  Bunun məntiqi nəticəsidir ki, millimiz hissəni   14:19 hesabı ilə məğlub tamalayıb.

                            xxxxxx

İslam Həmrəylik Oyunları çərçivəsində S.Ərəbistanı ilə qarşılaşan kişilərdən ibarət həndbol üzrə milli komandamız bu gün turnirdə ilk məğlubiyyətini alıb.  Belə ki, ilk hissədə 14:19 hesabı ilə geri düşən kişi həndbolçularımız oyunda geri dönüş edə bilməyib. Görüş  ərəblərin hesablı qələbəsi ilə başa çatıb. Millimiz bundan əvvəl ilk görüşdə Pakistanı 43:36 hesabı ilə məğlub etməyi baçarıb.



Qeyd edək ki, qadınlardan ibarət millimiz bu gün özbək həmkarlarını 21:47 hesabı ilə darmadağın edib.
                                                              
Günün nəticələri

Əlcazair-Pakistan(kişilər)-47:24
Türkiyə-İraq(kişilər)-35:33
Kamerun-Türkiyə(qadınlar)-31:33
Özbəkistan-AZƏRBAYCAN(qadınlar)-21:47
İordaniya –Mərakeş(kişilər)-16:27

//Nəzər Media.az