Millimiz rəqibini darmadağın etdi-YENİLƏNİB

9-05-2017, 19:43
305


Bu gün İslam Həmrəylik Oyunları çərçivəsində xanım həndbolçularımızdan sonra meydana kişilərdən ibarət yığmamız çıxıb. Pakistanlı həmkarları ilə üz-üzə gələn millimiz ilk hissəni bitirib.

XXXXXX

İslam Həmrəylik oyunları çərçivəsində Pakistan milli komandası ilə qarşılaşan millimiz rəqibini böyük üstünlüklə məğlub edib. Parlaq qələbə qazanan millimizin 43 qoluna rəqib 36 qolla cavab verib. Qeyd edək ki, xanımlardan ibarət millimiz turnirə qələbə ilə başlayıb. Həndbolçularımız Kamerun yığması üzərində vacib 26:28 hesablı qələbə qazanıb. Bununla da hər iki komandamız turnirə qələbə ilə başlayıb. Günə İraq-İordaniya görüşü ilə yekun vurulacaq. //NəzərMedia.az

//NəzərMedia.az