Bakı 2017 Oyunları Kapital Bankla Rəsmi Tərəfdaşlıq müqaviləsinə imza atıb

24-04-2017, 23:35
591


Bakı 2017 Oyunları Əməliyyat Komitəsi oyunlara az bir vaxt qaldığı müddətdə  növbəti, Rəsmi Tərəfdaş - Kapital Bank ilə müqavilə imzaladı. Kapital Bank oyunlar ərzində Pərakəndə Bank qismində xidmətləri təmin edəcəkdir.
Kapital Bank Atletlər Kəndində ATM-lər, xarici  valyutadəyişmə aparatları yerləşdirməklə, Bakı 2017 IV İslam Həmrəyliyi oyunlarının tamaşaçıları, mətbuat nümayəndələri və idmançıları üçün xidmət göstərəcəkdir.
Milyonlarala müştərisinin xidmətində dayanan Kapital Bank, IV İslam Həmrəyliyi oyunları zamanı tədbirin təbliğatında geniş rol oynacaq, idmansevərlərə xidmətləri vasitəsi ilə yeniliklər barədə məlumat verəcək.
Bakı 2017-in Əməliyyatlar Komitəsinin Korporativ direktoru Elçin Səfərov: “Kapital Bank Azərbaycanda nüfuzlu və etibarlı banklarından biridir. Komandamızın Rəsmi Tərəfdaşları siyahısına Kapital Bankın  da qoşulmağı bizi çox sevindirir. Əminik ki, Kapital Bank  müştəriləri vasitəsi ilə Bakı 2017IV İslam Həmrəyliyi  Oyunları ilə bağlı məlumatların Azərbaycanın hər bir regionuna çatdırılmasında  əvəzsiz xidmətlət göstərəcək. Çünki, bizim əsas məqsədimiz oyunlara daha çox tamaşaçı diqqətini cəlb etməkdir.”    
Kapital Bankın idarə heyətinin sədri Rovshan Allahverdiyev: “Son illər ərzində Azərbaycanda bir sıra beynəlxalq səviyyəli tədbirlər, mötəbər idman yarışları keçirilir. Bu il Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları da bu tədbirlər sırasındadır. Kapital Bank olaraq belə tədbirə dəstək göstərməkdən qürur hissi  duyuruq. Əminliklə söyləmək olar ki, Birinci Avropa Oyunları kimi, İslam Həmrəyliyi Oyunları da  ölkəmizdə yüksək səviyyədə keçiriləcək, qonaqların və iştirakçıların yaddaşında xoş xatirə olaraq qalacaq”.
Qeyd edək ki, Kapital Bank Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının AZAL, BP, Microplus, SOCAR, Coca-Cola, Nar Mobile şirkətlərindən ibarət Rəsmi Tərəfdaş siyahısına qoşulmaqla yeddinci Rəsmi Tərəfdaş statusunu əldə edib.   


  //Nəzər Media.az