Miqrantlara növbəti seminar keçirildi

16-03-2017, 21:50
402

Miqrantlara növbəti seminar keçirildiDövlət Miqrasiya Xidməti  Azərbaycan ərazisində müvəqqəti olan, habelə müvəqqəti və daimi yaşayan əcnəbilərin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmələri üzərində miqrasiya sahəsinə nəzarəti həyata keçirir, mövcud qanunvericiliyin tələblərini pozmuş əcnəbilərin ölkə ərazisindən çıxarılması üçün müvafiq tədbirlər görür. Belə ki, Dövlət Miqrasiya Xidməti ilk gündən fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunvüriciliyə ciddi riayət etmək və yüksək humanizm prinsipləri əsasında quraraq Daxili İşlər, Xarici İşlər, Milli Təhlükəsizlik, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və digər aidiyyəti qurumlarla birlikdə fəaliyyət göstərir, miqrasiya sahəsində bu orqanların fəaliyyətini əlaqələndirir.

Ulu öndər Heydər Əliyev hələ o vaxtlar öz müdrikliyi və uzaqgörənliyi ilə miqrasiya prosesinin mahiyyətini açıqlayaraq deyib: "Miqrasiya təbii prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən pozitiv xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir”. Bu təbii prosesdə miqrantlara dəstək vermək, onların üzləşdiyi problemlərin  həllində köməklik göstərmək çox vacibdir.  Belə ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti  Beynəlxalq Qızıl Xaç/Aypara Cəmiyyətləri Federasiyanın miqrasiya sahəsində həyata keçirdiyi strategiyanı  rəhbər tutaraq,  ölkədə bu sahədə digər təşkilatlarla (UNCHR, "Hayat” Beynəlxalq Humanitar Təşkilatı, "YES Event Management” əməkdaşlıq edərək , miqrantlara mütəmadi olaraq, tibbi, humanital, psixo-sosial sahələrə dair tədbirlər  həyata keçirir. Miqrantlara psixi sağlamlığa aid seminar  növbəti tədbirlərdən biri idi. Seminar  "İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində təşkil olunmuşdur. İlk olaraq proqramın kordinatoru Mətanət Qaraxanova   seminar iştirakçılarına Ümumdünya Səhiyyə Təşkilatının "Sağlamlıq” anlayışını açıqlayaraq, insanda həm fiziki və psixi sağlamlığın, sosial rifahın olması və insanların öz imkanlarını (potensialını) istifadə edərək, özünü  idarə etmək qabiliyyətin olmasının vacibliyini vurğulamışdır.  Sonra isə  AzQAC-in psixo-sosial dəstək proqramının kordinatoru İsmayıl Atayev iştirakçılara  psixi sağlamlığa dair (psixoloji gərginlik, stress, depressiya, psixoloji problemlər zamanı davranış və s.) məlumatları, müxtəlif misallarla çatdırmışdır. O, seminarda iştirak edən miqrantların əksəriyyətinin (yaşam durumu ilə əlaqədar) psixi sağalmlıqla bağlı narahat edən suallarını da  cavablandırmışdır.  Seminar boyunca iştirakçıların fəal olması üçün,  seminar aparıcıları onlarla birgə  müxtəlif  tapşırıqlar edərək, həvəsləndirirdilər.       Miqrantların psixi sağlamlığın qorunması üçün (əksəriyyəti  psixi  problemlərlə üzləşir), AzQAC-tərəfindən   onlara psixo-sosial dəstəyin təşkili    və  bu kimi seminar,  görüşlərin davamlı şəkildə aparılmasını nəzərdə tutulub. Seminarda  AzQAC-in  miqrasiya şöbəsinin  əməkdaşı, miqrantlara  azərbaycan dili öyrədən müəllim Sona Hacıyevanın təşəbbüsü ilə Novruz Bayramı xonçası hazırlandı. Sonda miqrantlarla birgə şəkil çəkildi.   

   //Nəzər Media.az
Miqrantlara növbəti seminar keçirildi
Miqrantlara növbəti seminar keçirildi