Mədəniyyət və Turizm Nazirliyinin keçmiş mədəniyyət şöbəsinin müdiri Fərəh Əliyevanın Mədəniyyət və İncəsənət Universitetinə rektor təyin edilməsi nə qədər gözlənilməz olsa da, bacısı Lalə Hüseynovanın Azərbaycan Milli Konservatoriyasına elmi işlər üzrə prorektor təyinatı cəmiyyətdə ondan da böyük şok effekti yaratdı. Əvvəla, bu bacıların atası professor Şirməmməd Hüseynov Azərbaycanda Ayaz Mütəllibovun adamı kimi tanınır onun ulu öndər Heydər Əliyevə müxalif olduğunu Azərbaycanda bilməyən yoxdur. Hətta bu azmış kimi, ANS-in efirində "Heydər Əliyev Azərbaycanın banisi deyil...” deməsi onun hələ də öz düşüncələrində qalmasına sübutdur.
Bu barədə adının çəkilməsini istəməyən mədəniyyət işçisi bildirib. Onun sözlərinə görə, Fərəh Əliyevaya Mədəniyyət və İncəsənət Universitetinə gəlməzdən əvvəl mətbuatdakı yaxınlarının və "jurnalistlərin” əli ilə ADMİU-nun keçmiş rəhbərlərinə qarşı artıq psxioloji təzyiqlərə başlamışdı: "Bu işdə isə özünü Həsən bəy Zərdabinin nəslindən elan edən, əslində isə mətbuatımızın təsisçisi ilə heç bir qan qohumluğu olmayan Rəbiyyə Zərdabi ona yardım edirdi. Fərəh Əliyevanın rektor təyinatından sonra ADMİU-da demək olar ki, heç nə yaxşılığa doğru dəyişmədi. Əksinə, hətta bu universitetin tələbələrindən biri özünü dərs zamanı 4-cü mərtəbədən atdı. İndi də söhbət gəzir ki, Bakı Musiqi Akademiyası və Rəssamlıq Akademiyası Mədəniyyət və İncəsənət Universiteti ilə birləşdiriləcək və yeni yaradilacaq İncəsənət Akademiyasına rektor Fərəh Əliyeva təyin ediləcək”.