Ana və uşaqların sağlamlığının qorunmasına dair maarifləndirilmə

3-02-2017, 23:08
362

Ana və uşaqların sağlamlığının qorunmasına dair maarifləndirilməAna və uşaqların sağlamlığının qorunması məsələsi dövlətin daim diqqət mərkəzindədir.

 
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada içtimai səhiyyə sahəsində Dövlətə yardımçı rolunu oynayaraq, yerli hökumət və QHT əməkdaşlığı davam etdirərək, Regional Mərkəzləri və Yerli  Bölmələr vasitəsilə əhalinin təhlükəsiz həyat sürməsinə,  ana və uşaqların sağlamlığının yaxşılaşdırılması və xəstəliklərin sayının azaldılmasına dair  geniş səhiyyə maarifi işini təşkil  edir. Belə ki, fevral ayının 1-də AzQAC "İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində Respublika Xəstəxanasının doğum şöbəsində hamilə qadınlar və  analar üçün  "Ana və uşaqların sağlamlığı”na dair görüş təşkil olunmuşdur. AzQAC-in "İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova görüşdə iştirak edən hamilə qadınlar və analara yenidoğulmuşların ana südü ilə qidalanmanın, uşaqların hüquqlarının qorunması, onlara qayğı və diqqət göstərməsi uşağın sağlam böyüməsində vacib olduğunu vurğulamışdır. Qadınların müxtəlif suallarını cavablandırmışdır.

 //Nəzər Media.az